Şakira Pikeyə mahnı həsr edib

21 Aprel 2017 13:51

Kolumbiyalı müğənni Şakira "Barselona"nın müdafiəçisi Jerar Pike ilə münasibətindən bəhs edən mahnı yazdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mən aşiq oldum" adlı sinql "Youtube"da yerləşdirilib. Şakira mahnıda ilk görüşdən Pikenin gözləri və saqqalını bəyəndiyini deyir. O, aralarında 10 yaş fərqi olmasına baxmayaraq, katalon futbolçuya aşiq olduğunu çatdırıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində