Türkiyəliyə ərə gedən azərbaycanlı model hamilədir - FOTO

21 Aprel 2017 15:09

Model Solmaz Allahverdiyeva ana olmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Solmazın hamilə fotolarını onun bacısı, keçmiş model və mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə paylaşıb.

Səbinə bildirib ki, bir neçə aydan sonra xala olacaq.

Qeyd edək ki, S.Allahverdiyeva ötən il Türkiyə vətəndaşı ilə ailə qurub. O, bir müddətdir İstanbula köçüb və orada yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində