"Meydanda "kişi mübarizəsi" getdi"

21 Aprel 2017 14:51

"Lion"un qapıçısı Antoni Lopeş "Beşiktaş"la oyundan sonra fikirlərini bölüşüb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Lopeş "qara qartallar"ı azarkeşlərini xüsusi qeyd edib.

"İstanbula gəlməzdən öncə "Vodafone Arena"nın şöhrəti bizə çatmışdı. Amma həmin ortamı görmədən deyilənləri təsəvvür etmək mümkün deyil. Bu stadion, həqiqətən, inanılmaz məkandır. Meydanda "kişi mübarizəsi" getdi.

Yüksək səviyyəli oyun göstərdik. Oyundan sonra azarkeşlərin rəqibi alqışlaması çox təsirli idi. Futbolda belə şeylər çox olmalıdır. Avropa Liqasında final oynamaq istəyirik. Adımızı klubun tarixinə yazmağa çalışırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində