Ronaldu və Ramosdan Levandovskiyə xahiş: "Real"a keç

21 Aprel 2017 14:42

"Real"ın futbolçuları Kriştianu Ronaldu və Serxio Ramos "Bavariya"nın hücumçusu Robert Levandovskinin Madrid klubuna transfer olunmağını istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun oyunçuların Çempionlar Liqasının 1/4 finalında  "Bavariya" ilə cavab matçından sonra polaşlı hücumçu ilə danışıqları olub.

Onlar Levandovskidən "Real"a keçməyi xahiş ediblər.

Qeyd edək ki, R.Levandovski "Real"a qarşı matçda komandasının ilk qolunu vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində