İngiltərə yığmasının 44 yaşlı keçmiş futbolçusu öldü - FOTO

21 Aprel 2017 13:37

Britaniyanın 44 yaşlı futbolçusu dünyasını dəyişib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, "Tottenham Hotspur"un 23 yaşaltı qrupunun baş məşqçisi Yuqo İhayqu həyatını itirib.

Bu barədə məlumatı klubun rəsmi səhifəsi verib. Keçmiş müdafiəçinin ölümünə səbəb ürəktutması olub. 

İngiltərə yığmasının keçmiş müdafiəçisi dünən məşq zamanı huşunu itirərək yerə yıxılıb. O, təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az onun fotolarını təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az