Onlardan biri İran prezidenti olacaq - Pilot, mühəndis, mer...

21 Aprel 2017 13:52

İranda prezident seçkilərində iştirak edəcək 6 namizədin adı elan edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, namizəliyi irəli sürülənlər aşağıdakılardır:

70 yaşlı hazırkı prezident Həsən Ruhani. Hüquq təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb.

Prezidentin 60 yaşlı birinci köməkçisi İshak Cihangiri.

Ölkənin baş prokuroru olmuş 50 yaşlı Hüccetülislam Seyyid İbrahim Reyisi Elsadati.

70 yaşlı Seyyid Mustafa Ağa Mirsəlim. O, hazırda İslam Koalisiyası Partiyasının mərkəzi şurasının rəhbəridir. Mühafizəkar siyasətçidir. Fransa mühəndislik üzrə magistratura təhsili alıb. 1994-97-ci illərdə mədəniyyət naziri kimi çalışıb. 

56 yaşlı, Tehranın indiki meri və bir vaxtlar "Airbus"da təyyarə pilotu olmuş Məhəmməd Bager Galibaf.

70 yaşlı, sənaye naziri, sabiq prezident Rəfsəncaninin dövründə vitse-prezident, Milli Olimpiya Komitəsinin rəhbəri postlarını tutmuş Seyyid Mustafa Haşimi Taba.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində