Azərbaycan efirində bu da oldu: gənc oğlanı lağa qoyub gülüş hədəfinə çevirdilər - VİDEO

21 Aprel 2017 12:58

"İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışıb. 
 
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər. 
 
Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o, layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb. 
 
Qeyd edək ki, layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan efirində bu da oldu: gənc oğlanı lağa qoyub gülüş hədəfinə çevirdilər