"Rəqs edərkən doğa bilərəmmi?" - FOTO

21 Aprel 2017 22:58

Amerikalı aktrisa və rəqqas Gemma Marin həyəcanla Alexandra adını verdiyi qızını qucağına almağı gözləyir.

Ancaq o, hamiləliyin 41-ci həftəsi olmasına baxmayaraq körpənin dünyaya gəlmək niyyəti yoxdur. Buna görə də analığa namizəd doğuşunu sürətləndirməyin yolunu tapıb. O, həyat yoldaşı İsrael Duffusla hər gün rəs edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, cütlüyün rəqsləri hər kəs tərəfindən maraqla qarşılanıb. Gemma instagram səhifəsində paylaşdığı videoya belə şərh verib: "Hər şeyi sınadıq! Ədviyyatlı yeməklər, salatlar, çaylar, piyada yerimək, seks, şokolad... Hətta dünən yenə rəqs etdik. Alexandra deyəsən qarnımda çox rahatdır. Necə fikirləşirsiniz, rəqs edərkən doğa bilərəmmi?!"

Milli.Az