Bakıda 72 yaşlı qadını maşın vurdu

21 Aprel 2017 11:25

Bakının Sabunçu rayonunda 72 yaşlı qadını avtomobil vurub.

Milli.Az report-a istinadən xəbər verir ki. hadisə 1945-ci il təvəllüdlü Məmmədova Zərifə Məmmədalı qızı Bakıxanov qəsəbəsində stansiya ərazisində yolu keçmək istəyən zaman baş verib.

Qəzanı "10-VM-062" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü törədib və o özü xəsarət alan qadını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində