Ekranda da, real həyatda da çox güclüdür - VİDEO - FOTO

21 Aprel 2017 14:19

"Game of Thrones" serialındakı "Khal Draqo" rolundan sonra dünyaca məşhurlaşan amerikalı aktyor Ceyson Momoa "Aquaman" filmində baş rolu oynayır.

Milli.Az TMZ-yə istimnadən bildirir ki, 37 yaşlı aktyor dünən Avstraliyanın Qold Kost səmtində, filmin çəkilişlərində idi.

Ötən həftə isə o, "Bluesfest Byron Bay" çimərliyində gəzintidə olanda reportyorların kameralarından yayına bilməyib.

Aktyor real həyatda da çox güclü və qüvvəlidir. Belə ki, sosial şəbəkələrdə yayılan videolarından birində o, baltanın sapını dizində asanlıqla sındırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Ekranda da, real həyatda da çox güclüdür