Aşağı atılıb nəhəngi xilas etdi - VİDEO - FOTO

21 Aprel 2017 15:05

Baham adalarında qeydiyyata alınmış "Cheikh El Mokrani" yük gəmisinin dənizçiləri okeanda əsl humanizm və qəhrəmanlıq nümunəsi göstəriblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onlar gəminin kənarında tora ilişmiş balina balasını görüblər.

Gəmidən aşağı kater düşürülüb və dənizçilərdən biri suya atılaraq balina balasının dolaşdığı balıqçı torunu kəsməyə başlayıb.

Lakin onun bu işin öhdəsindən gələ bilmədiyini görən həmkarı özünü gəminin göyərtəsindən, 13 metr yüksəlikdən aşağı atıb.

İki dənizçi toru kəsərək balina balasını azad ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aşağı atılıb nəhəngi xilas etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində