Goranboy şəhərində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az