Əhmədinejadı seçkilərə buraxmadılar

20 Aprel 2017 23:57

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Əhmədinejad apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində