49 yaşlı aktrisa 2017-ci ilin gözəli seçildi

20 Aprel 2017 23:27

2017-ci ilin ən gözəl qadını Culiya Roberts seçilib.
"People" jurnalı Culiya Robertsi 5-ci dəfə dünyanın ən gözəl qadını seçib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 49 yaşlı aktrisa Cennifer Eniston və Mişel Pfeifferi keçərək rekord qırıb.
Jurnalın baş redaktoru Cess Keyql 49 yaşlı aktrisa seçməsi belə izah edib: "Culiya əvvəllər 49 yaşında olduğu qədər gözəl görünməyib. Gözəlliyi özünəminliyi, ağılı və hazırcavablığı ilə vəhdət təşkil edir. İnandırıcı obrazları ilə bizi yeni yerlərə aparır".
140 milyon dollarlıq sərvətiylə Hollivudun ən zəngin aktrisası olan Roberts "Erin Brockoviç" filmindəki roluna görə Oskar qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində