Azərbaycanda dəhşətli qəza: 17 yaralının kimliyi bilindi - YENİLƏNİB - SİYAHI - FOTO

20 Aprel 2017 22:02

22:02

Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb, üçü azyaşlı olmaqla 17 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şəki rayon Şin kənd sakini, 1987-ci il təvəllüdlü Raqif Fərhad oğlu Mürşüdovun  idarə etdiyi "Mercedes-Bens" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobusla  Şəkidən Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən, mikroavtobusda yaranan texniki nasazlıq səbəbindən idarəetməni itirərək avtomobili yolun kənarındakı dərəyə aşırıb.  Nəticədə mikroavtobusda olan sərnişinlər, üçü azyaşlı olmaqla 17 nəfər Mingəçevir şəhər, Şəki və Ağdaş rayon sakinləri aldıqları müxtəlif dərəcəli  bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-nın verilən məlumata görə, yaralılardan 85 yaşlı Şəki rayon Sarıca kənd sakini Gülqədəm İsabala qızı Eyvazova aldığı qapalı kəllə-beyin travması və ətrafların sınığı  diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü Raqif Mürşüdov və digər üçü azyaşlı olmaqla 15 sərnişin -
Mustafayev Oxşar Şirin oğlu (təv. 1985- Şəki rayonu)  
Tomrazlı Şəhla Elçin qızı (təv. 1996 - Şəki rayonu)
İsmayılova Səlimə Binnət qızı (təv.1969 - Şəki rayonu )
Babayev Mürvət Hacıbala oğlu (təv. 1968- Ağdaş rayonu )
əliəhmədov Rəsul Şahlar oğlu (təv.1980- Ağdaş rayonu)
Yusifova Şərqiyyə Ələddin qızı (təv. 1984- Mingəçevir şəh.)
Kərimov Sabit Əliş oğlu (təv. 1970- Mingəçevir şəh.)
Kərimova Şükufə Məcid qızı ( təv. 1946 - Mingəçevir şəh.)
Əliyeva Ceyhunə İbrahim qızı
Mustafayeva Kifayət Fəxrəddin qızı ( təv.1963 -Mingəçevir şəh.)
Bayramova Zülfiyyə Əlihüseyn qızı (təv. 1969- Şəki rayonu)
Yusifova Ruhiyyə Ələddin qızı, (təv.1986- Şəki rayoni)
Camalova Nərmin İmran qızı (təv. 2011- Şəki rayonu)
Camalova Dərya İmran qızı (təv. 2010 - Şəki rayon)
Bağırova Şahanə Etibar qızı (2012)

 
xəstəxanada müayinə edildikdən sonra xəsarətləri yüngül olduğundan ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
 
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat  bölməsində araşdırma aparılır.

---------
 
17:15
 
Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.
Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.
 
İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.
 
Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində