Ukraynadan İrana dəmir yolu Azərbaycandan keçəcək

20 Aprel 2017 20:54

"Ukrayna və İran kənd təsərrüfatı məhsullarının nəql olunması üçün sınaq qatarının işə salınması barədə razılıq əldə ediblər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın infrastruktur naziri Vladimir Omelyan iranlı həmkarı ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, sınaq rejimində marşrut artıq bu yay işə düşə bilər. Marşrut Gürcüstan və Azərbaycan ərazisindən keçəcək.

Bundan başqa, V.Omelyan İran tərəfini İran neftinin Ukraynaya nəqli, eləcə də ölkə ərazisində neft emalı zavodunun tikinti perspektivlərini nəzərdən keçirməyə çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində