Boşanmaq səbəbini açıqlayıb xəbərdarlıq etdi: "Heç kim etdirməsin" - VİDEO - FOTO

20 Aprel 2017 13:45

2011-ci ildə ailə həyatı qurduğu Mete Okay ilə boşanma qərarı verən keçmiş model-aparıcı Ebru Destan maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Ebru Destan ötən gün Bebekdə görünüb.

Müxbirlərin barmağındakı "Love" döyməsiyə bağlı sualına keçmiş model bu cavabı verib: "Mən də daxil olmaqla bu günə qədər kim döymə etdiribsə, boşanıb. Uğursuz gəlir. Nişan üzüyümün yerinə döymə etdirmişdim. Bilirsiniz nə qədər peşmanam. Allahın pisinə getdi. Bu döyməyə görə boşanıram.

Yeni evlənəcək cütlüklər əsla etdirməsinlər. Ebru Şallı-Harun boşandı. Demet Şener İbrahimə qarşı boşanma iddiası qaldırdı. Birce Akalay və Sarp Levendoğlunun ailəsi dağıldı. İrem Derici ilə Rza Esendemir də ayrıldı".

Qeyd edək ki, Ebru Destan 2011-ci ilin 16 iyun tarixində Mete Okay İnan ilə nikah masasına oturub. Bu evlilikdən 2 oğlu dünyaya gəlib. Cütlük keçən ilin dekabrında boşanma qərarı verib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Boşanmaq səbəbini açıqlayıb xəbərdarlıq etdi:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində