"Bavariya" şikayət etdi, UEFA araşdırmaya başladı

20 Aprel 2017 12:33

"Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la keçirilən cavab oyunu ilə bağlı UEFA-ya şikayət edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisinin narazılığı qarşılaşmanın baş hakimi Viktor Kaşşai ilə yox, İspaniya polisi ilə bağlıdı.

Belə ki, Madriddəki görüşün fasiləsində yerli asayiş keşikçiləri qonaq komandanın fanatlarına qarşı kobud davranıblar. "Bavariya" rəhbərliyi polislərin onların fanatlarına qarşı güc tətbiq etdiyini və dəyənəklərlə hücum çəkdiyini vurğulayıb. Almanlar həmin görüntülərin yer aldığı videonu qitə futbol qurumuna təqdim edib. Hadisə ilə bağlı İspaniya polis təşkilatından açıqlama tələb olunub. UEFA da məsələ ilə əlaqədar olaraq araşdırmaya başlayıb.
 
Qeyd edək ki, "Real" hər iki oyunda "Bavariya"nı məğlub edərək (2:1, 4:2) yarımfinala vəsiqə qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində