İranda avtobus aşdı: 11 ölü - Məşhəddən gəlirlərmiş

20 Aprel 2017 11:54

İranın Səbzəvar şəhərində içində 30 sərnişin olan avtobus aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində 11 nəfər ölüb.

Avtobus Məşhəddən İsfahan şəhərinə gedirmiş.

Qəzanın dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala əsasən, qarşıda olan yük maşını qəfil manevr nəticəsində avtobusla toqquşub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində