"Nemtsovu Allah rizası üçün öldürdüm" - Yeni VİDEO yayıldı

20 Aprel 2017 11:50

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən çeçen Zaur Dadayevin istintaq zamanı çəkilən videogörüntüləri yayılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Dadayev ilkin ifadəsi zamanı Nemtsovu qətlə yetirdiyini etiraf etsə də, sonradan təzyiqlərə məruz qalaraq qətli üstünə götürdüyünü demişdi.

Bu gün yayılan görüntülər isə onun dediklərini tamamilə təkzib edir. Dadayev sərbəst ifadə zamanı Nemtsovu Allah rizası üçün öldürdüyünü deyib. O, törətdiyi qətlə görə heç kimdən pul almadığını söyləyib.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov 2015-ci ilin fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Nemtsovu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində