Erməninin məşhur nişanlısı hamilədir - FOTO

20 Aprel 2017 09:45

Dünyanın ən məşhur tennisçilərindən biri, amerikalı Serena Uilyams hamilə olduğunu bildirib. 35 yaşlı tennisçi bu barədə Snapchat-dakı akkauntunda yazıb və fotosunu paylaşıb.

Milli.Az Sports Illustrated-ə istinadən bildirir ki, böyümüş qarınlı Serena Uilyasm fotosunu bu sözlərlə müşayiət edib: "20 həftə..."

2 saat sonra S.Uilyams fotonu pozub.

2016-cı ilin dekabrında tennisçi S.Uilyams Reddit servisinin yaradıcısı və rəhbəri Aleksis Ohanyanla nişanlanıb.

S.Uilyamsın qatıldığı son turnir yanvarda keçirilmiş Avstraliya Açıq Çempionatı idi. Serena çempionatda qalib gəlmişdi.

Qadın Tennis Assosiasiyasının (WTA) reytinqində S.Uilyams alman Angelik Kerberdən sonra 2-ci yeri tutur.

Hamiləliyinə görə S.Uilyams mövsümün sonunadək kortlara çıxmayacaq. O, Fransa Açıq Çempionatında (France Open), Uimblonda  və ABŞ Açıq Çempionatında (US Open) çıxış etməyəcək.

Tennisçi karyerasını 2018-ci ildə bərpa edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində