Avropa Liqası: Bütün yarımfinalçılar bilindi - YENİLƏNİB - VİDEO - FOTO

21 Aprel 2017 07:01

21.04.2017

07:01

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan 4 görüşdən sonra yarımfinalçılar məlum olub.

Turnirin əsas favoriti "Mançester Yunayted" səfərdə qollu bərabərə qaldığı "Anderlext"i qəbul edib. Bu oyunda da əvvəlki matçda olduğu kimi əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Qırmızı şeytanlar"ı uzatma dəqiqələrində Reşfordun vurduğu qol yarımfinala çıxarıb. 
 
Belçikanın digər təmsilçisi "Genk" cavab oyununu evdə keçirib. "Şirinlər" doğma arenada "Selta" ilə üz-üzə gəliblər. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivi "Selta" səddini keçə bilməyiblər - 1:1.
 
Əvvəlki günlərinə qayıtmağa çalışan "Ayaks" Almaniyaya səfər edib. "Tanrıların oğlanları" evdə 2:0 hesabı ilə qalib gəldikləri "Şalke" ilə bu dəfə Gelzenkirhendə qarşılaşıblar. Matçın əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə tamamlanıb - 2:0. Uzatma dəqiqələrində almanlar daha bir qol vurublar. Ancaq sonradan özündə güc tapan hollandlar iki qol vuraraq vətənə yarımfinal sevinci ilə dönüblər.
 
Türkiyənin Avroliqadakı yeganə təmsilçisi "Beşiktaş" "Lion"la münasibətlərinə aydınlıq gətirib. Türklər səfər qoluna güvənsələr də, bu, onlara çox da kömək etməyib. Belə ki, oyunun ilk hissəsi Fransadakı hesabla - 2:1 başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayınca qalibi penalti vuruşları bəlli edib. Gərgin geçən perioddan "Lion" qalib ayrılıb - 7:6.
 
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
20 aprel
 
"Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa) - 2:1 ( 6:7 penaltilər)
Qollar: Talişça, 27, 58 - Lakazette, 34
 
Baş hakim: Milorad Maziç (Serbiya)
İstanbul. "Vodafon Arena"
İlk oyun - 1:2
 
"Genk" (Belçika) - "Selta" (İspaniya) - 1:1
Qollar: Trossard, 67 - Sisto, 64
 
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Genk. "Luminus Arena"
İlk oyun - 2:3
 
"Mançester Yunayted" (İngiltərə) - "Anderlext" (Belçika) - 2:1
Qollar: Mxitaryan, 10, Reşford, 107 (əlavə vaxtda) - Hanni, 32
 
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Mançester. "Old Trafford" stadionu
İlk oyun - 1:1
 
"Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) - 3:2
Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)
 
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gelzenkirhen. "Veltins Arena"
İlk oyun - 0:2

-----------------

20.04.2017

23:46

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

"Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa) - 1:1

Qollar: Talişça, 27 - Lakazette, 34

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. "Vodafon Arena"

İlk oyun - 1:2

"Genk" (Belçika) - "Selta" (İspaniya) - 0:0

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. "Luminus Arena"

İlk oyun - 2:3

"Mançester Yunayted" (İngiltərə) - "Anderlext" (Belçika) - 1:1

Qollar: Mxitaryan, 10 - Hanni, 32

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. "Old Trafford" stadionu

İlk oyun - 1:1

"Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) - 0:0

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. "Veltins Arena"

İlk oyun - 0:2

23:32

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

"Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa) - 0:0

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. "Vodafon Arena"

İlk oyun - 1:2

"Genk" (Belçika) - "Selta" (İspaniya) - 0:0

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. "Luminus Arena"

İlk oyun - 2:3

"Mançester Yunayted" (İngiltərə) - "Anderlext" (Belçika) - 1:0

Qol: Mxitaryan, 10

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. "Old Trafford" stadionu

İlk oyun - 1:1

"Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) - 0:0

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. "Veltins Arena"

İlk oyun - 0:2

23:06

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

23:05. "Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. "Vodafon Arena"

İlk oyun - 1:2

23:05. "Genk" (Belçika) - "Selta" (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. "Luminus Arena"

İlk oyun - 2:3

23:05. "Mançester Yunayted" (İngiltərə) - "Anderlext" (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. "Old Trafford" stadionu

İlk oyun - 1:1

23:05. "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. "Veltins Arena"

İlk oyun - 0:2

07:43

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutacaq 4 görüşdən sonra yarımfinalçılar məlum olacaq.

Turnirin əsas favoriti "Mançester Yunayted" səfərdə qollu bərabərə qaldığı "Anderlext"i qəbul edəcək. Bu oyunda "qırmızı şeytanlar"ı qolsuz heç-heçə də qane edir. Ancaq Joze Mourinyonun yetirmələri qələbə qazanaraq, sürprizə imkan verməməyə çalışacaqlar.

Belçikanın digər təmsilçisi "Genk" cavab oyununu evdə keçirəcək. "Şirinlər" doğma arenada "Selta" ilə üz-üzə gələcək. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivinin "Selta" səddini keçmək üçün 1 cavabsız qola ehtiyacı var.

Əvvəlki günlərinə qayıtmağa çalışan "Ayaks" Almaniyaya səfər edəcək. "Tanrıların oğlanları" evdə 2:0 hesabı ilə qalib gəldikləri "Şalke" ilə bu dəfə Gelzenkirhendə qarşılaşacaq. "Ayaks"dan fərqli, ölkə çempionatından avrokuboklara vəsiqə şansı çox az olan "mədənçilər" bu üzdən əsas diqqətlərini Avroliqaya yönəldiblər.

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi "Beşiktaş" "Lion"la münasibətlərinə aydınlıq gətirəcək. Fransadakı məlum qalmaqaldan sonra Türkiyədə keçiriləcək görüşə maraq daha böyükdü. İlk matçda məğlub olmasına baxmayaraq, səfər qolu "ağ-qaralar"a çox kömək edə bilər. Çünki indi bir cavabsız qol "qara qartal"ı yarımfinala daşıya bilər.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

23:05. "Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa)

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. "Vodafon Arena"

İlk oyun - 1:2

23:05. "Genk" (Belçika) - "Selta" (İspaniya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. "Luminus Arena"

İlk oyun - 2:3

23:05. "Mançester Yunayted" (İngiltərə) - "Anderlext" (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. "Old Trafford" stadionu

İlk oyun - 1:1

23:05. "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. "Veltins Arena"

İlk oyun - 0:2

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Лион" в серии пенальти переиграл "Бешикташ" и вышел в 1/2 финала Лиги Европы

Бешикташ 2:1 (пен. 6:7) Лион | Лига Европы 2016/17 | 1/4 финала | Второй матч | Обзор матча

Манчестер Юнайтед 2:1 (доп) Андерлехт | Лига Европы УЕФА 2016/17 | 1/4 финала | Ответный матч | Обзор матча