Bakıda gənc oğlan bıçaqlandı

20 Aprel 2017 07:43

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Həsən Əli oğlu M.Cəlal Paşayev küçəsi, 96 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində