Afinada bankda partlayış baş verib

20 Aprel 2017 08:03

Yunanıstanın paytaxtı Afinanın mərkəzində Eurobankın şöbəsində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Afina İnformasiya agentliyi xəbər verir.

Məlumata görə, təxminən saat 22:00 naməlum şəxs zougla.gr saytının xəbərlər redaksiyasına zəng edib və bildirib ki, Santaroza küçəsində Eurobankın ofisində 35 dəqiqə sonra partlayış baş verəcək.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis rayonu bağlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində