Azərbaycanın ən yaşlı bəy və gəlinləri - Onların sayı açıqlandı

19 Aprel 2017 18:18

Azərbaycanda 50 yaşdan sonra nikaha daxil olan vətəndaşların sayı açıqlanıb.

Milli.Az xəbər verir ki, Ədliyyə Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində yaşı 50-ni keçən 1700 kişi, 779 qadın rəsmi nikaha daxil olub.

Ümumilikdə isə bu yaş həddində evlənənlərin sayı ötən il 2479 olub.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb. 

Məlumata görə, ötən ilin ilk dörd ayında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb, - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, 2015-ci ilin statistikasına əsasən, Azərbaycanda nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində