Silsilə oğurluq edən qohumlar saxlanıldı - VİDEO - FOTO

19 Aprel 2017 17:22

Şirvan sakinlərinin polis şöbəsinə müraciəti əsasında şəhər ərazisindən silsilə oğurluqlar törədən iki nəfər saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, cinayət əməlini törədənlərin Şirvan sakini 27 yaşlı İlham Dəmirov və onun yeniyetmə qohumu olduğu aydınlaşıb.

Polis oğurlanan əşyaları maddi sübut kimi götürüb. Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, hər iki şəxsin başqa oğurluq hadisələrində əllərinin olub-olmaması istintaq tərəfindən araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Silsilə oğurluq edən qohumlar saxlanıldı