Təyyarə doğuşa görə endi

19 Aprel 2017 13:41

Moskvadan Özbəkistanın Fərqanə şəhərinə uçan təyyarə Samarada məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna sərnişinlərdən birinin erkən doğuş həyata keçirməsi səbəb olub.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Özbəkistan vətəndaşı Samarada xəstəxanalardan birinə yerləşdirilib.

Bundan sonra təyyarə öz yoluna davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində