Moskvada azərbaycanlının olduğu avtomobil güllələndi

19 Aprel 2017 12:36

Moskvada azərbaycanlı soydaşının avtomobilinə atəş açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Şimali Butovo rayonunda baş verib.
 
Moskva Dairəvi Avtomobil Yolunun 35-ci km-də "Audi A8" avtomobilində olan naməlum şəxs travmatik silahdan "Toyota Camry" markalı avtomobilə bir neçə dəfə atəş açıb. Hadisə yerindən qaçan şəxs bir müddət sonra saxlanılıb. Atəş açan şəxsin Moskvada yaşayan 35 yaşlı azərbaycanlı olduğu bildirilir.
 
Bir müddət sonra 47 yaşlı azərbaycanlı hüquq-mühafizə orqanlarına müraciət edərək Moskva Dairəvi Avtomobil Yolunda naməlum şəxsin ona atəş açdığını söyləyib.
 
Faktla bağlı yoxlama aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində