"Real" - "Bavariya" matçında polislə azarkeşlər arasında toqquşma - VİDEO - FOTO

19 Aprel 2017 10:33

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə "Real" - "Bavariya" və "Lester" -  "Atletiko" oyunları keçirilib.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldu hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib.

Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristianu Ronaldu het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən "kral klubu" yarımfinala adlayan tərəf olub.

Oyun zamanı "Bavariya" azarkeşləri ilə polis arasında toqquşma olub. 

Milli.Az həmin görüntüləri təqdim edir:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Болельщики

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində