Bakıda əri üçüncü arvadı bıçaqladı

18 Aprel 2017 23:27

Paytaxtın Xəzər rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib. Hadisə Binə qəsəbəsində qeydə alınıb.

Milli.Az istipress.com-a istinadən bildirir ki, 43 yaşlı Qurban Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı əməliyyat edilib. Həkimlər bir bıçaq xəsarəti olan Qurban Məmmədovun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Qurban Məmmədovu həyat yoldaşı bıçaqlayıb. Ərlə-arvad arasında mübahisəyə səbəb isə uşaq olub.

Belə ki, Qurban Məmmədov azyaşlı uşağını döyüb. Buna əsəbləşən ana əlini bıçağa ataraq ərinə bir zərbə endirib. Hadisəni törətməkdə şübhəli bilinən qadın Qurban Məmmədovun 3-cü həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində