"Eurovision 2011" qalibi Nigar Camal duet ortağı Eldar Qasımovdan danışıb.
Milli.Az big.az-a istinadən bildirir ki, müğənni "Gəlin danışaq" verilişində həmkarını inadkar adlandırıb:
"İnsanlar deyir ki, o özünü ulduz kimi aparır. Sadəcə o, çox fərqlidir. Yaxın insanların yanında çox səmimi olur. Eldara fərq etmir, milyonçusan, ya kasıb... Hamıyla eyni rəftar edir. Əgər o nəyisə etməyi düşünürsə, ona heç kim mane ola bilməz. Eldara həm varlı, həm kasıb, həm böyük vəzifəli adam zəng edə bilər. Onu vəzifəli adam çağırsa da, istəməsə, getməyəcək".
Milli.Az