"Lotu Quli"nin yeznəsinin "Bulaq" əməliyyatı - məhkəməyə məcburi gətiriləcək

18 Aprel 2017 21:26

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə jutnalistlərin iştirakına icazə verilməyib. Qapalı keçirilən prosesdə bir nəfər hal şahidi ifadə verib. Başqa bir şahid haqda isə məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti proses aprelin 19-da davam edəcək.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da narkotik ittihamı ilə həbs edilib.
O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, ötən il Səbail rayonunda "Bulaq" restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. Vidadi Hüseynov və onlarla kriminal aləmə yaxın olduğu deyilnm şəxslərin saxlanılması həmin ərəfəyə təsadüf edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində