"Facebook" 30 min səhifəni sildi

18 Aprel 2017 18:18

"Facebook" sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan ("fake") məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə "fake"ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. "Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq", - deyə "Facebook"un texniki meneceri Şabnem Şayk bildirib.  
 
Şirkət etibarsız saytların müəyyənləşdirilməsi üçün təlimatlar əks olunmuş reklam elanları da hazırlayır.
 
Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçiriləcək.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində