Rusiyanın ən bahalı kirayə evi - FOTO

18 Aprel 2017 20:18

Airbnb servisində Rusiyanın ən bahalı kirayə evinin qiyməti bir sutkaya görə 229 min rubldur.

Milli.Az lenta.ru-ya istinadən bildirir ki, bu pulun müqabilində kirayənişin Krasnaya Polyanadakı lüks şaledə istirahət edə bilər. 9 yataq otağı və 8 vanna otağı olan şaledə müştəriyə 23 saatlıq konsyerj xidməti, hamam kompleksi və qapalı tennis kortu da təklif olunur.

Bu şale ilə bahəm, Rusiyada turistlərə təklif olunan daha 9 ən bahalı kirayə variantını təqdim edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində