“iPhone 8” “iPhone 4s”ə oxşayacaq

20 Aprel 2017 08:45

Yaponiyanın "MacOtakara" bloqunda "Apple" şirkətinin gələcək yenilikləri barədə məlumat dərc edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məlum olub ki, "iPhone 8" modeli özündən əvvəlkilərindən daha nazik olacaq və dizaynı ilə "iPhone 4s"i xatırladacaq.

Cihazın sahib olacağı digər xüsusiyyətlər də məlum olub. Belə ki, smartfonun korpusu şüşədən düzəlib, onun çərçivələri isə paslanmayan poladdan istehsal ediləcək. Analoji dizayn "iPhone 4" və "iPhone 4s"də də olub.

Həmçinin bloqda qeyd edilib ki, telefon ikili şaquli kamera ilə də təchiz ediləcək. Bu yerləşmə istifadəçiyə onu virtual reallıq eynəkləri ilə istifadə etməyə imkan verəcək. İlkin məlumatlara görə, "iPhone 8" "Apple" şirkətinin tarixində ən bahalı smartfon olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində