Dünyanın ən yaşlı insanı bu nənədir - VİDEO - FOTO

18 Aprel 2017 10:55

Bu qədər yaşayacağımı düşünməzdim. Uşaqlıq illərimdən çalışıram. Zəhmətdən heç zaman qorxmamışam. Tanrının mənə bu qədər ömür verməsinin səbəbi, məncə, dualarımı əksik etməməyimdir.

Violett Moss-Braun belə deyir.

Milli.Az Camaica Observer-ə istinadən bildirir ki, Yamaykanın Treloni bölgəsindəki Duanval şəhərinin sakini olan bu qadının yaşı 117 il 38 gündür. 6 övulad anası olan bu qadın 1900-cu ilin martın 10-da doğulub və bu, sənədlərlə təsdiqlənir.

Beləcə, 117 yaşlı Violett Moss-Braun dünyanın ən yaşlı insanı sayılır və onun adı artıq Ginnesin Rekordlar Kitabına düşüb.

Aprelin 15-dək bu ad İtaliya sakini Empa Moranoya məxsusdu. 117 il 137 gün yaşamış Empa Morano aprelin 15-də İtaliyanın Verbaniya şəhərində, evində vəfat edib.

Violettin 97 yaşlı oğlu Harold Feyrveyzer anasının qulluğunda durmaq üçün İngiltərədən vətənə qayıdıb.

Moranonun dediyinə görə, hər gün 3 yumurta yeyir. Yumurtaların ikisini o, çiy yeməyə üstünülk verir: "Həkimlər bunun zərərli olduğunu demişdilər. Amma qulaq asmadım. İndiyədək hər gün üç yumurta yeyirəm".

Violett Moss-Braunun nəvələri, nəticələri və kötükcələri Yamayka ilə bahəm, ABŞ-da, Avropada və Afrikada yaşayırlar.

Violletin nəvəsi Lelit Palmerin dediyinə görə, nənəsi əvvəllər şəkər plantasiyasında çalışıb, sonra da varlıların evlərində xidmətçi olub.

Dünyanın ikinci ən yaşlı insanı Nabi Tacimadır. Onun 116 il 256 gün yaşı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın ən yaşlı insanı bu nənədir