Atın qəzada qopan başı sürücünü öldürdü

17 Aprel 2017 17:30

Türkiyədə, Qaziantepdə avtomobilin atla toqquşması nəticəsində baş verən qəzada atın qoparaq avtomobilin şüşəsindən içəri girən başı sürücünün ağır yaralanmasına səbəb olub.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, ağır yaralı halda olan sürücü qəzadan 1 ay sonra dünyasını dəyişib.

İddiaya görə, Tekirdağda iki oğlu ilə birlikdə həyat yoldaşının ata yurdu Qaziantepə doğru yola çıxan 36 yaşlı İbrahim Çelikin 59 DU 520 nömrə nişanlı avtomobili Osmaniye-Kadirli şosesində birdən yola çıxan atla toqquşub. Atın qəzadan sonra qopan başı sürücü Çelikə dəyib. Gözlənilməz qəzada ağır yaralanan sürücü Çelik Qaziantepdəki özəl bir xəstəxanaya çatdırılıb. Çelik xəstəxanada 1 aylıq davam edən həyat mübarizəsindən sonra dünyasını dəyişib. Çelikin qəzada yaralanan uşaqları 1,5 yaşlı Ayhan və 14 yaşlı Onur isə müalicədən sonra xəstəxanadan çıxarılıblar.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində