Ordumuzun genişmiqyaslı təlimləri: gizli və operativ - VİDEO - FOTO

17 Aprel 2017 17:15

Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərindən döyüş tapşırıqları