Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı - İmişlidə şok olay - YENİLƏNİB

17 Aprel 2017 16:00

16:00

Aprelin 15-də İmişlidə gəlinin toyu günü başqa oğlanla qaçması hadisəsinin təfərrüatı məlum olub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bir müddət əvvəl 18 yaşı tamam olmuş Sevil Quliyeva atasının evindən qaçıb. Belə ki, aprelin 15-də şadlıq evində keçirilən qız toyundan sonra adətə uyğun olaraq, gəlin atasının evinə qayıdıb və ailələr oğlan toyuna hazırlaşmağa başlayıb. Gənc qız da buradan, yəni ata evindən sevdiyi oğlanla birgə qaçıb.
 
Artıq polis Sevil Quliyevanın yerini müəyyənləşdirib. O, polisə bildirib ki, 5 ildir sevdiyi şəxslə qaçıb və onları heç kim ayıra bilməz. 

-----------

15:33

İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İmişli rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.

Aprelin 16-da valideynləri polisə ərizə yazaraq qızlarının itkin düşdüyünü bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, yoxa çıxan qız öz istədiyi oğlana, rayonun Rəsullu kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Kamran Möhübbət oğluna qoşulub qaçıb. Aprelin 16-da rayon polis şöbəsi ilə əlaqə saxlayan qız heç kim tərəfindən məcburi oğurlanmadığını, öz istəyi ilə qaçdığını təsdiqləyib. Daha sonra qızla oğlan rayon polis şöbəsinə gələrək izahat da yazıb.

Şöbədən bildiriblər ki, hazırda qızla-oğlan rayonun Rəsullu kəndində, oğlanın ata evində yaşayır.

Faktla bağlı İmişli rayon Pois Şöbəsində araşdırmalar aparılır.

---------

14:29

İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, aprelin 15-də İmişli şəhəri "Kral" şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb.

Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktı İmişli polisi də təsdiqləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində