Azərbaycanda hemofiliya xəstəliyinin əsas səbəbi...

17 Aprel 2017 14:11

Əgər dünyada 60 qadın hemofiliyalı xəstə varsa, onların 6-sı Azərbaycanda qeydiyyatdadır. Bu da ölkəmizdə qohumların nikahının çox yayılması ilə əlaqədardır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.
 
Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyinin olduğunu söyləyən E.Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur: "Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Onların təxminən 25%-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində