"Atletiko"dan antirekord

17 Aprel 2017 14:15

Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində "Osasuna"nı qəbul edən "Atletiko" antirekordla yadda qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb.

"Atletico"nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib.

Madridlilər 65 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində