"Gülay ev aldı, amma görməmişlik etmədi"

17 Aprel 2017 13:20

Müğənni Gülay Zeynallı yeni ev alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda prodüser Tarix Əliyev "Bu bizik, Toliklə" verilişində deyib:

"Gülay bu haqda danışmasa da, mən bilirəm. İndi də burada açıqlayıram. O, evinin şəklini sosial şəbəkədə paylaşıb, "Şükür Allaha, mən bu evi aldım" yazmadı. Bəzi müğənnilərdə belə görməmişlik var".

Qeyd edək ki, idmançı Kamil Zeynallı ilə ailəli olan G.Zeynallının bir qız övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində