Bir otaqlı ev yanıb

17 Aprel 2017 08:52

Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az