Planşet uşaqlar üçün zərərlidir - ARAŞDIRMA

18 Aprel 2017 08:05

London Universitetinin və London Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, sensorlu ekranla gündəlik əlaqə balaca uşaqlarda yuxunun pozulmasına gətirib çıxarır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc edilib.
 
Məqalə müəllifləri 3 yaşa qədər övlada sahib olan valideynlər arasında sorğu keçiriblər. Respondentlər uşağın tələb olunan yuxusunun orta davamiyyətini, həmçinin onun gecələr nə qədər tez-tez oyandığını qeyd ediblər. Rəyi soruşulanların təxminən 70 faizi sensorlu ekrana malik cihazlara sahib imiş. Onlardan 75 faizi smartfon və planşetlərini uşaqların istifadəsinə verdiklərini deyiblər.
 
Araşdırma nəticəsində məlum olub ki, smartfon və planşetlərin qarşısında daha çox vaxt keçirən uşaqlarda gecə yuxusunun davamiyyəti qısalıb. Ekran qarşısında keçirilən hər bir saat, gecə yuxusunun vaxtını 15,6 dəqiqə alır.
 
Cihazlardan istifadə edən uşaqlar yatmaqda çətinlik çəkirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində