“iPhone 8”in kamerası görünməz olacaq

18 Aprel 2017 08:41

"Apple"ın yeni "iPhone 8" smartfonu unikal - görünməz kamera ilə təchiz ediləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, kamera cihazın arxa panelində yerləşəcək.
 
Məlum olub ki, "iPhone 8" "Home" sensor düyməli böyük displeyə malik olacaq. Hazırda "Apple" səkkizinci "iPhone"un əsas prototiplərinin sınaqlarını keçirir. Smartfonun displeyin arxasında gizlədilmiş selfi kamerasına da malik olacağı bildirilir.
 
Şirkət hələ ki "iPhone 8"in texniki xüsusiyyətləri barədə məlumat vermir. Hələlik ancaq o dəqiqdir ki, iOS əməliyyat sisteminin yenilənmiş versiyası smartfonla birlikdə təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində