"Prava" düzəltmək adı ilə 5 nəfəri aldatdı - VİDEO - FOTO

12 Aprel 2017 16:06

Qazax rayonunda dələduzluq edən şəxsin əməli başına bəla olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov 5 nəfəri aldadaraq onlardan övladlarına sürücülük vəsiqəsi düzəltmək adıyla 5 000 manat pul alıb. Daha sonra isə Bakıya yollanıb.

Qazax Rayon Polis Şöbəsinə edilən müraciət əsasında Musa Cəfərov paytaxtda saxlanılıb.

Saxlanılan şəxs: "Olub da, həyatdır. Hər şey olur. Almışam səhv etmişəm. Düzgün deyil, bizlik deyil".

Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: