Bu gün cüdo üzrə Antalya Qran-prisi davam edəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, dünən 1 bürünc medal qazanan komandamız yarışın ikinci günündə 3 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində bir çəki dərəcəsində 2 həmyerlimiz, qadınların yarışında isə 1 idmançımız tatami üzərinə çıxacaq.
Kişilər
73 kq
Bu çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Cənubi Koreyanın təmsilçisi Hyunsu Park olacaq.
Bu çəkidəki digər idmançımız Hidayət Heydərov isə yarışa 1/8 final mərhələsindən başlayacaq. Böyük perspektiv vəd edən Heydərov cənubi koreyalı En-Sonq Çoi ilə rusiyalı Laşa Lomidzenin döyüşünün qalibi ilə üz-üzə gələcək.
Qadınlar
63 kq
Gülsədəf Kərimovanın ilk döyüşü 1/8 finala təsadüf edəcək. O, bu mərhələdə rusiyalı Olqa Kruikova ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız Qran-prinin son günündə daha 3 idmançı ilə təmsil olunacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində