Tbilisidə partlayış HƏYƏCANI - Camaat təxliyə olundu

5 Aprel 2017 18:57

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi hissəsində polislər təxliyə işləri görür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb partlayıcı qurğunun aşkar olunması barədə daxil olmuş məlumatdır.

Ölkənin Daxili İşlər Nazirliyi isə məlumat verir ki, şəhərin köhnə hissəsində yollar bağlanıb. Polis qüvvələri Metexi məbədi yaxınlığında partlayıcı maddənin axtarışı ilə məşğuldur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində