Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın proqramında dəyişiklik olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı Mardində iştirak edəcəyi açılış mərasimindən sonra bir müddət istirahət edəcək. Bununla əlaqədar Prezidentin cumə günü planlaşdırılan Ərzurum səfəri başqa vaxta keçirilib.

Prezident Administrasiyasındakı mənbə "Habertürk TV"yə R.T.Ərdoğanın səsində yaşanan problemdən dolayı səfər proqramında dəyişiklik edildiyini bildirib.

Bundan başqa, dövlət başçısının Baş nazir Binəli Yıldırımla Van və Diyarbəkirə birgə səfərinin də vaxtı dəyişdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində