Fransada quldur dəstəsinə hökm oxundu - Azərbaycanlılar da var - FOTO

29 Mart 2017 11:40

Fransanın Bordo şəhər məhkəməsi MDB ölkələrindən olan 22 nəfər barəsində hökm çıxarıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qanuni oğru Artur Yüzbaşovun rəhbəri olduğu 22 nəfərlik qrup oğurluq, qaçaqmalçılıq və quldurluqda ittiham olunublar.

Bordo şəhər məhkəməsi Yüzbaşov barəsində 9 il müddətinə həbs qərarı çıxarıb. Dəstənin digər üzvlərinə isə 1 ildən 8 ilə qədər cəza verilib.
Yüzbaşovun dəstəsində Gürcüstan, Özbəkistan , Ermənistan və Azərbaycan vətəndaşları da olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində